Basketbol

Ata-oğul yeni tarix yazdılar – VİDEO

Əfsanəvi LeBron Ceyms və oğlu Bronni Ceyms NBA tarixində unikal bir nailiyyətə imza atıblar.

Aut.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

Onlar NBA tarixində ilk dəfə ata və oğul arasında qeydə alınan məhsuldar ötürmənin müəllifi olublar. Hadisə “Qolden Steyt” – “Los Anceles Leykers” matçının birinci rübünün sonlarında baş verib.

Bronni topu ələ keçirərək atasını sürətli hücuma çıxarıb və LeBron Ceyms də hücumu problemsiz şəkildə uğurla tamamlayıb.

Qeyd edək ki, “Los-Anceles Leykers” bu oyunda 119:103 hesabı ilə qələbə qazanıb. Komanda pley-off mərhələsinə iki tur qalmış Qərb Konfransında 4-cü pillədə qərarlaşıb.

Aut.az