Basketbol

Qurbanovu 3 aylıq cəzalandırdılar, amma…

Karyerasını dayandıran rusiyalı basketbolçu Nikita Qurbanov antidopinq qaydalarını pozduğuna görə 3 aylıq diskvalifikasiya edilib.

Aut.az xəbər verir ki, bu barədə Rusiya Antidopinq Agentliyinin (RUSADA) saytında məlumat verilib .

Məlumata görə , futbolçunun dopinq testində qadağan olunmuş S6a sinifli maddə (kokain) aşkar edilib. Cəza, qərarın qəbul edildiyi tarixdən, yəni 10 yanvar 2024-cü il tarixindən qüvvəyə minir. Bu zaman müvəqqəti dayandırma müddəti nəzərə alınır. O, 2023-cü il oktyabrın 20-də qüvvəyə minməyə başlayıb, ona görə də Qurbanov yanvarın 20-də meydana qayıda biləcək.

Qurbanov 2023-cü il oktyabrın 27-də karyerasını dayandırıb. Basketbolçunun çıxış etdiyi CSKA, basketbolçunun bu qərarı şəxsi səbəblərdən verdiyini qeyd edib.

37 yaşlı Qurbanov ordu komandası ilə birlikdə 3 dəfə Avroliqanın qalibi olub. O , Rusiya millisində də çıxış edib.

Aut.az