Kobenin paltar dəyişdiyi rəf rekord qiymətə satıldı
“Los Anceles Leykers”ın əfsanəvi basketbolçusu Kobe Brayantın paltardəyişmə otağına istifadə etdiyi rəf 2,9 milyon dollara satılıb.
Aut.az xəbər verir ki, Brayant bu dolabdan 2003-cü ildən 2016-cı ilə qədər istifadə edib. “Sotheby’s”in məlumatına görə, bu, indiyə qədər hərracda satılan ən bahalı idman rəfidir.
Qeyd edək ki, Kobe Bryant qızı Qyanna ilə birlikdə 2020-ci ilin yanvarında helikopter qəzasında həlak olub.
Aut.az
