Sabiq klubuna hörmətsizlik etdi: Kiçik komandadır
“Roma”nın və Ukrayna millisinin hücumçusu Artyom Dovbik “Jirona”dan İtaliya klubuna keçidi haqda danışıb.
“Hər şey fərqli olacaq. “Jirona” İspaniyada kiçik komandadır, lakin “Roma” zəngin tarixə malik İtaliyanın çox vacib klubudur. Hər şey fərqli olacaq. Bilirəm ki, mənə təzyiq ediləcək, amma təzyiqsiz futbol futbol deyil”, – “Mundo Deportivo” internet nəşri Dovbikin sözlərini sitat gətirib.
Ötən mövsüm Dovbik bütün turnirlərdə 41 matçda iştirak edib, 25 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.
Aut.az
