Portuqaliya nəhəngi “İnter”i məhkəməyə verdi: Görün nə tələb edir
“Sportinq” məhkəmə yolu ilə “İnter”dən 30 milyon avro təzminat tələb edəcək.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
2016-cı ildə “İnter” Lissabondan yarımmüdafiəçi Joao Marionu alıb. Klublar arasında müqavilədə futbolçunun gələcəkdə başqa Portuqaliya klubuna keçəcəyi təqdirdə “Sportinq”ə 30 milyon avro ödənilməsi nəzərdə tutulub.
2021-ci ildə Mario “İnter”lə müqaviləsini ləğv edib və “Benfika”ya azad agent kimi keçib. “Sportinq” “İnter”dən pul tələb etsə də, Milan klubu futbolçunu “qartallar”a satmadığı üçün onu ödəməkdən imtina edib.
“Sportinq” bu münaqişədə FİFA-ya üz tutub. Amma istədiyi cavabı almayıb. Nəticədə Portuqaliya klubu dekabrın 9-da işə baxacaq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək qərarına gəlib.
