İtaliya

Yayda buna görə ərəblərə “yox” deyib, indi peşmandır

“Latsio”nun hücumçusu Çiro İmmobile təkliflərə baxmayaraq, Səudiyyə Ərəbistanına keçmək istəməsinin səbəbini açıqlayıb.

“Bu barədə yayda bir neçə təklif alanda düşündüm, lakin sonra milli komandaya və Çempionlar Liqasına görə imtina etmək qərarına gəldim.

Mövsümə belə başlayandan sonra şübhələrim yarandı, xüsusən də bəzilərinin tənqidindən sonra.

Xoşbəxtlikdən hamının yox, bu jesti görməyən, qiymətləndirməyən, dərhal şikayətlərini dilə gətirənlər oldu. Bu məni incidir. İndi həqiqətən tərəddüd edirəm, iyuldan fərqli düşünürəm. Bəzi günlər ən aşağı həddə çatanda fikirləşirdim ki, getməyim daha yaxşı olar”, – deyə İmmobile bildirib.

Aut.az