“Fənər” Abbosbeklə bağlı xəbərə münasibət bildirdi
“Fənərbağça”nın İdarə Heyətinin üzvü Səlahəddin Baki Moskvanın ÇSKA klubunun yarımmüdafiəçisi Abbosbek Fayzullayevin Türkiyə klubuna keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.
“Fayzullayevin qışda “Fənərbağça”ya keçə biləcəyi doğru deyil”, – Baki Çempionatın müxbiri Mariya Kutsubeyeva ilə söhbətində deyib.
Daha əvvəl mətbuatda 20 yaşlı futbolçunun Türkiyə klubuna keçə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Xatırladaq ki, Fayzullayev son transfer pəncərəsində “Paxtakor”dan 500 min avroya CSKA-ya keçib.
Bu mövsüm forvard ordu komandasında bütün turnirlərdə doqquz oyun keçirib və bir qol vurub, bir məhsuldar ötürmə edib.
Aut.az
