Dünya futbolu

Sirr açılır: Hələ 2020-ci ildə “Bor” adlı yeni turnir yaratmaq istəyiblər

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi və əvvəllər “Yuventus”da oxşar vəzifədə olan Andrea Anyelli 2020-ci ildə Avropa Super Liqasına çox oxşar bir yarış yaratmaq üçün plan hazırlayıblar.

Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Əl-Xəlaifi və Anyelli Superliqa uğrunda fikir ayrılığına düşməmişdən əvvəl atom bombasının hazırlanmasında verdiyi töhfələrlə tanınan görkəmli danimarkalı fizik Nils Borun şərəfinə “Bor” adlı layihə üzərində əməkdaşlıq ediblər.

Bildirilir ki, funksionerlər koronavirus epidemiyasının qızğın vaxtında Parisdə görüşüblər. Görüşün məqsədi yeni yarışın təşkilini təşviq etmək idi.

Qeyd olunur ki, onlar yeni turnirin hazırlanmasını Böyük Britaniyanın O&O şirkətinə həvalə ediblər. Əl-Xəlaifi iqtisadi tərəfə, Anyelli isə idarəetməyə cavabdeh olub.

Aut.az