Münaqişə davam edir: PSJ Mbappeyə borcun bir qismini ödəyib, amma…
Fransanın PSJ klubu məhkəmə qərarı ilə müəyyən edildiyi kimi, “Real”ın hücumçusu Kilian Mbappeyə borclu olduğu 6 milyon avrodan 4 milyon avronu transfer edib, lakin tərəflər arasında maliyyə mübahisəsi hələ həll olunmayıb.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.
Mənbələrin məlumatına görə, məhkəmə icraçılarının səfərindən sonra Paris klubu keçmiş hücumçuya qismən ödəniş edib. Əmək məhkəməsi əvvəllər PSJ-nin oyunçuya ödənilməmiş əmək haqqı, bonuslar və hesablanmış faizlər də daxil olmaqla 60,9 milyon avro təzminat ödəməsi barədə qərar vermişdi. Əsas məbləğ daha əvvəl köçürülmüşdü, lakin 2 milyon avro fərq hələ də mübahisəli məsələ olaraq qalır. Klub oyunçuya tam ödəniş etdiyini israr edir.
Xatırladaq ki, münaqişə Mbappenin 2024-cü ilin yayında “Real Madrid”ə pulsuz transferindən sonra yaranıb. Danışıqlar davam edir və məhkəmə müdaxiləsinin mümkünlüyü istisna edilmir.
Aut.az
