Dünya futboluTürkiyə

“Beşiktaş” “Zenit”lə danışıqlara başladı: Kimi alır?

“Zenit”in mərkəz müdafiəçisi Robert Renan karyerasını Türkiyədə davam etdirə bilər.

Aut.az xəbər verir ki, “Begikad TV”nin məlumatına görə, braziliyalı futbolçu ilə İstanbul “Beşiktaş”ı maraqlanır. Mənbənin sözlərinə görə, “ağ-qaralar” futbolçunun transferi ilə bağlı artıq Sankt-Peterburq klubu ilə danışıqlara başlayıb.

Tərəflərin Renanın icarə əsasında Türkiyə komandasına mümkün transferini müzakirə etdiyi bildirilir. “Beşiktaş”ın futbolçunu almaq opsiyasına malik olması lazımdır. Xatırladaq ki, 21 yaşlı müdafiəçi son mövsümü icarə əsasında Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunda keçirib.

Robert Renan 2023-cü ilin yanvarında “Zenit”ə keçib. O vaxtdan bəri o, Rusiya Premyer Liqasında 13 oyun keçirib və  qol vurmayıb. Daha əvvəl bildirilmişdi ki, “Zenit” futbolçunun satışından 15 milyon avro qazanmağı planlaşdırır.

Aut.az