“İnter İkardi ilə Lukaku arasında seçim etdi
“İnter”in baş direktoru Cüzeppe Marotta Milan klubunun iki sabiq hücumçusu – Romelu Lukaku və Mauro İkardi arasında seçim edib.
Hücumçular hazırda müvafiq olaraq “Roma” və “Qalatasaray”da çıxış edir.
“Lukaku, yoxsa İkardi? Son hadisələrin necə inkişaf etdiyinə əsaslanaraq, mən Mauro İkardini seçərdim.
Lukaku, əlbəttə ki, istədiyini deyə bilər, amma biz ona həmişə hörmət etmişik… və sonra, futbolda pul önəmlidir”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) Marottadan sitat gətirir.
Lukaku “İnter”də üç mövsüm keçirib “neradzurri”nin heyətində 132 dəfə forma geyinib, 78 qol vurub. Milan klubunda keçirdiyi 6 mövsümdə İkardi 219 dəfə meydana çıxıb və 124 qol vurub.
Aut.az
