İtaliya

Prezidentdən Osimhen açıqlaması: Gedir?

“Napoli”nin prezidenti Aurelio De Laurentis hücumçu Viktor Osimhenlə bağlı transfer iddialarına cavab verib.

Aut.az xəbər verir ki, o, nigeriyalı futbolçunun mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

“Osimhenin gedişi yaydan məlumdur. Yeni müqavilə üzrə danışıqlarımız dostluq xarakteri daşıyırdı, əks halda bu qədər uzun sürməzdi”.

25 yaşlı hücumçu “Napoli” ilə müqaviləsini uzadıb. Lakin sözləşməyə 130 milyon avroluq sərbəst qalma müddəasının əlavə edilib. Bu o deməkdir ki, Neapol təmsilçisi onun satışından ən azı 130 milyon avro qazanmağı planlaşdırır.