Buffon kursa başladı: Bu vəzifədə çalışmaq üçün
İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon təhsil almağa başlayıb.
Aut.az xəbər verir ki, dünya çempionu idman direktoru kursuna yazılıb. Bu kurs sentyabrın 25-də başlayacaq və noyabrın 8-dək davam edəcək.
İdman direktoru istəyənlər İtaliya Futbol Federasiyasının texniki mərkəzində 120-i üz-üzə, 24-ü distant olmaqla 144 saat təlim keçəcəklər. Kurs yazılı testlər və dissertasiya müdafiəsi ilə başa çatır. Ən yaxşı tələbə kursda iştirak haqqını əhatə edən təqaüd alacaq.
Qeyd edək ki, Buffon futbolçu karyerasını bu yay bitirib. O, “Parma”, “Yuventus” və PSJ kimi klublarda çıxış edib.
