İtaliya

Daha az maaşa razıdır, təki…

İtalyan mütəxəssis Antoni Konte “Napoli”yə baş məşqçi təyin olunmaq üçün maaş gözləntilərini azaltmağa razılaşıb.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kontenin peşəkar bacarığını yüksək qiymətləndirən Neapolitan klubunun prezidenti Aurelio De Laurentis onunla əlaqəni davam etdirir.

Xatırladaq ki, daha əvvəl mətbuatda Kontenin xidmətində “Milan” və “Çelsi”nin də maraqlı olduğu haqda məlumatlar yayılmışdı.

54 yaşlı mütəxəssisin son iş yeri 2021-2023-cü illərdə rəhbərlik etdiyi London “Tottenhem”i olub.

İtaliya A Seriyasının cari mövsümündə keçirdiyi 37 oyundan sonra “Napoli”nin 52 xalı var və 10-cu yerdədir.

Aut.az