“Monza” ona tapşırıldı
İtaliya millisinin sabiq müdafiəçisi Salvatore Bokketti “Monza”nın baş məşqçisi olub.
Aut.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər 2027-ci il iyunun 30-dək müqavilə imzalayıblar.
“Monza”da Bokketti Alessandro Nestanı əvəz edib. Komanda hazırda 17 turdan sonra A Seriyasının turnir cədvəlində sonuncu, 20-ci yerdə qərarlaşıb.
38 yaşlı mütəxəssis 2021-ci ildən “Verona” sistemində çalışıb, 2022-ci ildə isə əsas komandanın baş məşqçi əvəzi olub.
Aut.az
