İngiltərəİtaliya

Onun “Milan”dan “Çelsi”yə keçidi alınmadı: Səbəbi bəllidir

“Milan”ın və Fransa millisinin qapıçısı Mayk Menyan bu yay “Çelsi”yə keçə bilməyəcək.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib. Onun sözlərinə görə, tərəflər 29 yaşlı qolkiperin transfer qiyməti ilə bağlı razılığa gələ bilməyiblər və danışıqlar dayandırılıb.

Müxtəlif mənbələrə görə, “Milan” Menyanı 25-30 milyon avroya buraxmağa hazır idi, “Çelsi” isə qapıçını 15 milyona almağa ümid edirdi, çünki oyunçunun “rossoneri” ilə müqaviləsi gələn yay başa çatır.

2024/25 mövsümündə Mayk “Milan”ın heyətində bütün yarışlarda 53 oyun keçirib və 15 oyunda qapısını toxunulmaz saxlayaraq 59 qol buraxıb.

Aut.az