Çempionlar Liqasıİtaliya

“Napoli”nin 180 azarkeşi həbs edildi: Niderlanddan qovuldular

Oktyabrın 20-də axşam saatlarında Eyndhovenin mərkəzində təhlükəsizlik qaydalarını pozduqdan sonra növbəti insidentlərin qarşısını almaq üçün 180 “Napoli” azarkeşi həbs edilib və Niderlanddan qovulub.

Aut.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Bir qrup italyan azarkeş şəhərin mərkəzini tərk etmək əmrinə məhəl qoymayıb və toplaşma qaydalarını pozduqları üçün həbs edilib, avtobusla polis bölməsinə aparılıb. Orada məlum olub ki, onlardan bəzilərinin həmin axşam keçiriləcək oyun üçün bileti belə olmayıb.

Çempionlar Liqasının 3-cü turunun PSV – “Napoli” matçı bu gün, oktyabrın 21-də keçiriləcək və Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Aut.az