İtaliyaTürkiyə

“Qalatasaray”ın ulduzu nəhəng klubun təklifini rədd etdi: Başqa planı var

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen “Yuventus” rəhbərliyinə karyerasında başqa prioritetlərinin olduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb .

Mənbənin sözlərinə görə, “biankonerilər” 26 yaşlı nigeriyalı ilə əlaqə saxlayıb və bu yay onu transfer etməkdə maraqlı olduqlarını bildiriblər. Lakin futbolçu “qoca sinyora” ilə əməkdaşlıqdan imtina edib. Osimhen karyerasını İngiltərə Premyer Liqasının top klublarından birində davam etdirməyi planlaşdırır.

Xatırladaq ki, müqavilə ilə “Napoli”yə məxsus olan Viktor Osimhen bu mövsümü icarə əsasında “Qalatasaray”da keçirir. Onun İtaliya klubu ilə müqaviləsindəki sərbəstqalma maddəsi 75 milyon avrodur.

Qeyd edək ki, hücumçu bu mövsüm İstanbul klubunda 32 matçda 28 qol vurub, 5 məhsuldar ötürmə edib.

Aut.az