“İnter”də maliyyə böhranı var? – Prezidentdən açıqlama
“İnter”in prezidenti Cüzeppe Marotta Milan klubunun çətin maliyyə vəziyyəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Aut.az xəbər verir ki, o, bununla bağlı “Sky Sport İtaliya”ya açıqlama verib:
“Bizim heç vaxt müflis olmaq riskimiz olmayıb və ödənilməmiş borcumuz yoxdur. Əks halda, komanda A Seriyasında qeydiyyatdan keçə bilməzdi. Biz bütün lazımi parametrlərə əməl edirik, əks halda cərimələnərdik. Mütəmadi olaraq maaş və vergi ödəyirik”.
Qeyd edək ki, “İnter” İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir. Komand 31 turdan sonra 68 xal toplayıb.
Aut.az
