Görün İbrahimoviç dağlarda kiminlə görüşüb – FOTO
İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç amerikalı aktyor və Kaliforniyanın 38-ci qubernatoru Arnold Şvartsenegger ilə Avstriyanın Kitzbühel xizək kurortunda görüşüb.
Aut.az xəbər verir ki, İbra aktyorla çəkdirdiyi şəkli paylaşıb və sosial media səhifəsində “Biz qayıdacağıq” yazıb.
44 yaşlı İbrahimoviç 2023-cü ilin yayında futboldan ayrılıb.
Aut.az

