İkardini ötdü: Yalnız bir nəfər qalıb
İtaliya çempionatının 22-ci turunda “İnter” səfərdə “Leççe”ni darmadağın edib – 4:0.
Aut.az xəbər verir ki, “neradzurri”nin qollarından birini vuran Lautaro Martinez uğura imza atıb.
Lautaro “İnter”in A Seriyasında ikinci ən yaxşı əcnəbi qolçusu olub. O, 112 dəfə fərqlənib. Martinez qol sayında İtaliya klubunun sabiq futbolçusu Mauro İkardini 111 ötüb.
Bu göstəricidə birinci yeri Stefano Nyers (133) tutur.
Aut.az
