İspaniyaİtaliya

Xavi İtaliya nəhəngində?

Əfsanəvi ispan futbolçu və “Barselona”nın keçmiş baş məşqçisi Xavinin işsiz günləri tezliklə başa çata bilər.

Aut.az xəbər verir ki, Fransanın nüfuzlu “L’Equipe” nəşrinin məlumatına görə, İtaliyanın ən titullu klubu “Yuventus” Xavinin namizədliyi ilə maraqlanmağa başlayıb.

Artıq Xavi ilə İtaliya nəhəngi arasında mümkün əməkdaşlıqla bağlı ilk danışıqlar aparılıb. Turin komandası klubu yalnız 2024-cü ilin yayında təhvil almış Tiaqo Mottaya alternativ axtarır.

Xavi 2021-2024-cü illərdə “Barselona”nı çalışdırıb. İstefadan sonra ispaniyalı məşqçilik karyerasına bir mövsümlük fasilə vermək qərarına gəlib.

Aut.az