İtaliyaDünya futbolu

İtaliya futbolunun əfsanəsi Rusiya qumarxanasının səfiri oldu

“Milan”ın və İtaliya millisinin sabiq futbolçusu Andrea Pirlo Rusiyanın “Fonbet” bukmeker kontorunun səfiri olub.

Aut.az xəbər verir ki, bu barədə şirkət sosial şəbəkədə məlumat yayıb.

Müqavilənin şərtləri və maliyyə detalları məlum deyil. Pirlonun Moskva və Rusiyanın digər şəhərlərində bir neçə “Fonbet” ictimai tədbirində iştirak edəcəyi gözlənilir.

Aut.az