Dünya futbolu

Ronaldo bu dəfə qol vurmadı, amma…

Bu gün, fevralın 17-də Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunda “Əl-Nasr” “Əl-Taavun”la qarşılaşıb.

Aut.az xəbər verir ki, oyun  “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kriştiano Ronaldo 17 və 78-ci dəqiqələrdə məhsuldar ötürmələr edərək, qələbədə pay sahibi olub.

“Əl-Nəsr” 40 xal toplayıb və əlavə göstəricilərə görə iki təqibçisini qabaqlayaraq turnir cədvəlində birinci yeri tutur.