İbrahimoviç də zəng etsə, “Milan”a keçməyəcək
“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba “Milan”a keçmək ehtimalını inkar edib.
Aut.az xəbər verir ki, fransız futbolçu bunun səbəbini belə açıqlayıb:
“Milan”a keçəcəm? Mümkün deyil. İbrahimoviç mənə zəng etsə belə, bilir ki, “Yuventus”a xəyanət etməyəcəyəm. Mən özümü başqa formada görmürəm. Mən bütün diqqətimi “Yuventus”a qayıtmağa yönəltmişəm”.
Qeyd edək ki, 31 yaşlı Poqbanın dopinq cəzası CAS-a müraciət təmin edildikdən sonra 4 ildən 18 aya endirilib və o, 2025-ci ilin martında peşəkar futbola qayıda biləcək.
Aut.az
