Küsüb-barışan sevgililər kimi olublar
“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba “Mançester Yunayted”də çıxış edərkən baş məşqçi Joze Mourinyo ilə münasibətindən danışıb.
Aut.az xəbər verir ki, o, aralarında yaşananları maraqlı formada izah edib:
“Münasibətimiz bir oğlan və bir qızın münasibətinə bənzəyirdi – biz daim küsüb və barışdıq. Əla başladı, Mançesterə qayıtmağımın səbəblərindən biri də o idi. Onunla danışdım və məni geri qayıtmağa inandırdı.
Bilmirəm niyə kabusa çevrildi, aramızda qarşıdurma yarandı. Amma bu münaqişəni mən başlamamışam. Məşqçilər və futbolçularla bəzən olduğu kimi, bir-birimizlə razılaşmadıq. Amma ona böyük hörmətim var.
Sabah onu görsəm, böyük bir qucaqlaşma olacaq! Amma bir gün biz birlikdə oturub yaşananları müzakirə etməli olacağıq”.
Qeyd edək ki, Poqba 2018-2022, Mourinyo isə 2016-2018-ci illərdə MY-də olub.
