“Spartak” “Qalatasaray”la dil tapdı: Bu qiymətə razılaşdılar
“Spartak” Karlos Kuestanın transferi üçün danışıqlarda irəliləyiş əldə edib.
Aut.az xəbər verir ki, jurnalist Süleyman Rodopun məlumatına görə, 26 yaşlı müdafiəçinin transferi ilə bağlı müqavilə bağlanmaq üzrədir.
“Qalatasaray”ın kolumbiyalı futbolçu üçün altı milyon avro alacağı qeyd edilir .
Karlos Kuesta fevral ayında “Genk”dən 8 milyon avroya Türkiyə klubuna keçib və “Qalatasaray”la 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb.
Aut.az
