Dünya futbolu

Benzemanın komandası Tehranda meydana çıxmadı –Süleymaniyə görə

Asiya Çempionlar Liqasının C qrupunun 2-ci turunda İran “Sepahan”ı Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunu qəbul etməli idi.

Aut.az xəbər verir ki, qarşılaşma ləğv edilib. “Əl İttihad” meydana çıxmaqdan imtina edib.

Qonaqlar iranlı general Süleymaninin heykəlinə görə oynamaq istəməyiblər. Bu barədə RMC Sport məlumat yayıb.

Oyun Tehrandakı “Azadi” stadionunda keçirilməli idi. “Əl-İttihad”ın heyətində Kərim Benzema çıxış edir.

Aut.az