Yaxşı təkliflər alıb, amma xəyanət etməyib
Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku Ukrayna klubunda qalmaq üçün bir neçə təklifi rədd etdiyini bildirib.
“Uğurlu olanda insan olmaq asandır. Hər kəsin sizə qarşı olduğu görünəndə daha çətindir. Futbolun çox çətin şəraitdə var olması vacib idi. Biz azarkeşsiz oynayırıq.
Çox uzun səfərlər səbəbindən koksartrozdan əməliyyat keçirməli oldum. Həftədə iki dəfə sərhədi keçirdim. Hər dəfə bir saat yarım davam edirdi. Amma mən qaçmadım və heç kimə xəyanət etmədim.
Çox yaxşı təkliflərdən imtina etdim. Avropa futbolunun, hətta dünya futbolunun ən yaşlı məşqçisi olmağıma baxmayaraq, hələ də sıradayam. Məni futbola olan ehtiras və insanlara hörmət ayaqda saxlayır”, – deyə “Antena3” Luçeskudan sitat gətirib.
Aut.az
