Dünya futbolu

Bu klub dünya çempionatında yerini təmin etdi

Avqustun 23-nə keçən gecə “Boka Xuniors” Sudamerikana kubokunun 1/8 final mərhələsinin cavab oyununda “Kruzeyro”ya uduzub (1:2).

Aut.az xəbər verir ki, ilk oyun Argentina yığmasının qələbəsi ilə başa çatıb (1:0). Penaltilər seriyasında isə Braziliya yığmasının futbolçuları daha dəqiq olub – 5:4.

“Nasional de Montevideo” “San Paulo”ya uduzduqdan sonra Libertadores Kubokundan kənarda qaldığından, “Boka Xuniors” 2023-cü ilin sonuna qədər Libertadores Kubokunda ən çox xal toplayan klub kimi 2025-ci il Klublararası Dünya Çempionatında iştirakını təmin edib.

Beləliklə, “Boka Xuniors” bu turnirdə yeganə iştirakından, 2007-ci ildən bəri ilk dəfə Klublararası Dünya Çempionatında çıxış edəcək.

Yenilənmiş Klublararası Dünya Çempionatının 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçirilməsi planlaşdırılır.

Aut.az