Dünya futbolu

Millidə yeni baş məşqçi

Futbol üzrə Bosniya və Herseqovina millisinin yeni baş məşqçisi açıqlanıb.

Aut.az xəbər verir ki, yığmanın sükanı Savo Miloseviçə tapşırılıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

Miloseviç daha əvvəl Serbiyada “Partizan”, “Olimpiya” kimi komandalara rəhbərlik edib.