Dünya futboluAzərbaycan futbolu

“Turan Tovuz”un futbolçusu milliyə dəvət alıb

“Turan Tovuz” klubunun futbolçusu Emmanuel Hakman DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün  Toqo millisinə dəvət alıb.

Aut.az Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi növbəti 2 matçda yığmanın sərəncamında olacaq.

Qeyd edək ki, Toqo millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Mavritaniya, sentyabrın 9-də isə Sudanla qarşılaşacaq.