Dünya futboluİtaliya

Dünya çempionu vəfat etdi

“Roma”, “İnter” və Braziliya millisinin sabiq futbolçusu Jair Da Kosta dünyasını dəyişib.

Aut.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.

Forvard 1967/68 mövsümündə “canavarlar”da çıxış edib və bundan əvvəl o, 5 il “İnter”in formasını geyinib.

Da Kosta həmçinin Çilidə keçirilən Dünya Kubokunda bir oyun keçirərək çempion olub.

Jair karyerasını 1976-cı ildə başa vurub və o vaxtdan bəri çox nadir hallarda ictimaiyyət qarşısına çıxıb, sakit ailə həyatına üstünlük verib.

Aut.az