Ronaldo karyerasını bu klubda davam etdirəcək: Özü açıqladı
Portuqaliya millisinin 40 yaşlı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynamağa davam edəcəyini açıqlayıb.
Aut.az xəbər verir ki, Ronaldonun sözlərini “X” sosial şəbəkəsində insayder Fabritsio Romano sitat gətirib.
“Mənim gələcəyim? Prinsipcə, heç nə dəyişməyəcək. “Əl-Nəsr”də qalacağam? Bəli”, – Ronaldo bildirib.
Futbolçunun klubla əvvəlki müqaviləsi iyunun 30-da başa çatır. Yaxın vaxtlarda tərəflərin yeni müqavilə imzalayacağı gözlənilir.
Aut.az
