Dünya futbolu

Osimhen fikrini dəyişdi: Ərəblərin yeni planı nədir?

“Napoli”nin hücumçusu Viktor Osimhen “Əl-Hilal”a keçməyəcək.

Aut.az xəbər verir ki, bu barədə insayder Ben Ceykobs məlumat yayıb.

Nigeriyalı futbolçu Səudiyyə Ərəbistanı klubunun təklifini rədd edib. Mətbuatda yayılan xəbərlərə görə, təklif edilən illik maaş 35 milyon avro olub.

Planlaşdırılırdı ki, Osimhen klublararası dünya çempionatında iştirak etmək üçün “Əl-Hilal”ın heyətinə qoşulsun. Klublar arasında transfer üçün 75 milyon avro məbləğində razılaşma da əldə olunmuşdu.

Gözlənilir ki, səudiyyəlilər nigeriyalını daha yaxşı şərtlərlə almaq üçün yenidən cəhd edəcəklər. Onlar kiçik transfer pənrəcəsinin sonuncu günü – iyunun 10-a qədər “səs-küylü” transfer reallaşdırmaq istəyirlər.

Aut.az