İnanılmaz: Buradan qol vurmamaq olar? – FOTOLAR
Argentina millisi yoldaşlıq görüşündə Kurasaonu 7:0 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, Leo Messinin het-trik etdiyi qarşılaşmada Lautaro Martinez matçın əvvəlində boş qapıya dəqiq zərbə endirsəydi, hesab daha böyük ola bilərdi.
Dünya çempionatında ələ düşən xeyli imkandan yararlana bilməyən “İnter”in forvardı inanılmaz da olsa, bu dəfə də boş qapını dəqiq nişan ala bilməyib.
O, boş qapı önündə topa zərbə vurmaq əvəzinə büdrəyib.




