Fransa millisindən Mbappe ilə bağlı paylaşım – FOTO
Fransa milli komandasının mətbuat xidməti hücumçu Kilian Mbappenin Didye Deşamın rekorduna çatması ilə bağlı “X” sosial media səhifəsində paylaşım edib.
Aut.az xəbər verir ki, Kilian Mbappe Fransa millisində 103 oyun keçirib və bu göstəricidə Didye Deşama çatıb.
Milli komandanın açıqlamasında bildirilir ki, Fransa millisinin kapitanı hazırda “mavilər” tarixində ən çox oyun keçirən oyunçuların siyahısında məşqçisi ilə birlikdə doqquzuncu yeri bölüşür.
Mbappe 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Paraqvayla matçda (0:1) Fransa millisində 103-cü oyununu keçirib.
Oyun sayına görə rekord qapıçı Huqo Llorisə məxsusdur – 145, ardınca müdafiəçi Lilian Tyuram – 142, eləcə də hər biri 137 oyun keçirən hücumçular Olivye Jiru və Antuan Qrizmann gəlir.
/i/c/z/1783255424279756578.jpg)
Aut.az
