Dünya cempionatı

Görün polislər Ronaldonu harada haqladılar – VİDEO

Polis Kriştiano Ronaldodan təyyarənin pilləkənlərinin yanında şəkil çəkdirməsini xahiş dib.

Aut.az xəbər verir ki, bazar günü Portuqaliya yığması 2026-cı il Dünya Kubokunun 1/8 final mərhələsində İspaniya ilə oyun üçün Dallasa gəlib.

Hücumçu təyyarədən düşdükdən sonra iki yerli hüquq-mühafizə orqanı əməkdaşı – bir kişi və bir qadın – onun yanına qaçaraq birlikdə şəkil çəkdirmək istəyib.

Futbolçu gülümsəyərək razılaşıb. Portuqaliya – İspaniya matçı 6 iyul, bazar ertəsi günü keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aut.az