Dünya cempionatıDünya futbolu

Deşam əsəbiləşdi: O, dəyişməyib, siz onu diktatora bənzədirsiniz

Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu Kilian Mbappenin milli komandanın kapitanı olduqdan sonra üzləşdiyi tənqidlərə cavab verib.

Aut.az xəbər verir ki, insayder Fabritsio Romano Didye Deşamın sözlərini sitat gətirib:

“Xeyr, o dəyişməyib. Siz onu bir növ diktator kimi təsvir edirsiniz. Bəzi insanlarda Kilianın reallığa heç uyğun olmayan obrazı var”.

Fransa millisi 2026-cı il Dünya Kubokunun 1/8 final mərhələsində Paraqvayı 1-0 hesabı ilə məğlub edib. Kilian Mbappe yeganə qolu penaltidən vurub.

Aut.az