Dünya futbolu

“Torino” Ronaldinyonu belə əldən buraxıbmış

PSJ, “Barselona”, “​​Milan” və Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyo karyerasının erkən dövrü haqda danışıb.

Aut.az xəbər verir ki, Ronaldinyo həmin dövrdə İtaliyanın Torino klubuna keçə bilərmiş.

“Qardaşım Robertonun sayəsində “Torino”nun oyunçusu ola bilərdim, amma sonra hər şey boşa çıxdı. Mən çox gənc olanda böyük qardaşım “Torino”ya baxışa getmişdi. Siz bizim ailənin özünü necə hiss etdiyini təsəvvür edə bilərsiniz. Bu fürsət həyatımızı dəyişə bilər, mən də futbol oynadığım üçün məni də götürərdilər. Bununla belə, sonda “Qremio” qardaşımı buraxmadı və biz ikimiz də Braziliyada qaldıq”, – Ronaldinyo “Milan News”a bildirib.

Ronaldinyo “Qızıl top”un qalibi (2005), həmçinin 2004 və 2005-ci illərdə FİFA-ya görə dünyanın ən yaxşı futbolçusudur. Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olub.

Aut.az