Çempionlar LiqasıAlmaniyaİngiltərə

Bunu bacaran ilk ingilis odur

“Bayern” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Latsio”ya 3:0 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, İngiltərə millisinin futbolçusu Harri Keyn bu oyunda dubla imza atıb. “Squawka”nın məlumatına görə, forvard UEFA turnirlərində 50-dən çox qol vuran (51) ilk ingilis futbolçu olub.

Onun həmyerliləri arasında qol sayına görə Stiven Cerrard (41) ikinci, Ueyn Runi isə (40) üçüncüdür.

Aut.az