Rəhbərlik onun “Spartak”a keçidini blokladı
“Tottenhem”in müdafiəçisi Davinson Sançesin Moskva “Spartak”ına transferi son anda baş tutmayıb.
Aut.az xəbər verir ki, London klubunun rəhbərliyi transferin bütün tərəflər tərəfindən razılaşdırılmasına baxmayaraq, sövdələşməni əngəlləyib. Transferin məbləği 12 milyon avro olmalı idi.
“Tottenhem”in bu qərarının səbəbləri Premyer Liqanın sanksiyalara görə Rusiya klubları ilə iş görməməyi tövsiyə etməsidir. Ancaq bu tövsiyə məcburi deyil.
Bu, analoji səbəbdən “Spartak”ın reallaşdıra bilmədiyi ikinci transferidir. Daha əvvəl “Sassuolo” Rojerionun transferini əngəlləmişdi
