Azərbaycan futbolu

“Sumqayıt” uduzdu

2023/24 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Sumqayıt” bu gün qardaş ölkədə sonuncu yoxlama oyununu keçirib.

Aut.az xəbər verir ki, “kimyaçılar” 1-ci Liqa təmsilçisi “Ərzurumspor” ilə qarşılaşıb.

“Yüksek İrtifa” məşq mərkəzinin stadionunda keçirilən qarşılaşma rəqib komandanın 4:3 hesablı qələbəsi ilə başa çatıb.

“Sumqayıt”ın hər üç qolunun müəllifi yeni transfer Erik Sorqa olub.