Boyan Letiç “Sabah” komandasının tarixinə düşdü
“Sabah”ın futbolçusu Boyan Letiç komandanın tarixinə düşüb.
Aut.az xəbər verir ki, bosniya və herseqovinalı müdafiəçi Bakı klubunun avrokuboklardakı ilk qolunun müəllifi olub.
31 yaşlı oyunçu bunu Latviyada RFŞ-ə qarşı keçirdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında fərqlənməklə bacarıb.
22-ci dəqiqədə rəqib qapısına yol tapan Letiç hesabı açıb.
