“Şaxtyor” “Tottenhem”dən nəyə görə pul tələb edir?
“Şaxtyor” Manor Solomon transferi üçün “Tottenhem”dən pul almaq istəyir.
Aut.az xəbər verir ki, İsrail millisinin cinah oyunçusu Rusiyanın Ukraynaya hücumundan sonra FİFA-nın icazəsindən yararlanaraq, “Şaxtyor”la müqaviləni dayandıraraq azad agent kimi “Tottenhem”ə keçib.
Solomonun Donetsk klubu ilə müqaviləsi 2023-cü ilin dekabr ayının sonuna kimi qüvvədə idi.
“Evening Standard”ın məlumatına görə, “Şaxtyor”un direktoru Sergey Palkin “Tottenhem”in rəhbəri Daniel Levi ilə Solomonun transferinə görə təzminat məsələsini müzakirə edəcək. Görüş gələn həftə, “Şaxtyor” və “Tottenhem”in Londonda xeyriyyə matçı keçirəcəyi vaxt baş tuta bilər.
Bildirilir ki, Ukrayna klubu Solomonun 2019-cu ildə “Makkabi Petah Tikva”sından transferi zamanı ödədiyi 6,5 milyon avronu qarşılamaq niyyətindədir.
