Toral bu təklifi rədd etdi
“Marsel”in sabiq çalışdırıcısı Marselino Toral “Sevilya”nın təklifini rədd edib.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, daha əvvəl ispan klubunun rəhbərliyi ilə 58 yaşlı mütəxəssis arasında görüş baş tutsa da, tərəflər müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilməyib. Hazırda “Sevilya” yeni məşqçi axtarışlarını davam etdirir.
Xatırladaq ki, Marselino bu ilin iyunundan tutduğu “Marsel”in baş məşqçi postunu sentyabrda tərk edib.
İspaniya çempionatının səkkiz turundan sonra “Sevilya” səkkiz xal toplayıb və hazırda turnir cədvəlində 16-cı pilləsində qərarlaşıb.
Aut.az
