Dünya futbolu

“Əl-Hilal” Neymarı iştirak ərizəsindən niyə çıxarıb?

“Əl-Hilal” Neymarla müqaviləni ləğv etmək fikrində deyil.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsində yazıb.

Mənbənin bildirdiyinə görə, Səudiyyə klubu 31 yaşlı braziliyalını heyətdən yeniyetmə müdafiəçi Renan Lodiyə yer vermək üçün kənarlaşdırıb.

2023-cü ilin oktyabrında Neymar ön çarpaz bağını zədələyib və əməliyyat olunub. O, mövsümün sonuna qədər oynamayacaq.

Neymar 2023-cü ilin avqustunda PSJ-dən “Əl-Hilal”a keçib. Transfer məbləği 90 milyon avro olub. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” vingeri 45 milyon avro qiymətləndirir.

Bu mövsüm Neymar beş oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.

Aut.az