UEFA Superkubokuna təyinatlar açıqlandı
UEFA Supekuboku matçına hakim təyinatları açıqlanıb.
Aut.az xəbər verir ki, Avqustun 14-də keçiriləcək “Real” – “Atalanta” oyununu isveçrəli baş hakim Sandro Şerer idarə edəcək.
Bu il UEFA Superkuboku uğrunda oyun Varşavadakı (Polşa) stadionda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, ötən mövsüm “Real” Çempionlar Liqasının, “Atalanta” isə Avropa Liqasının qalibi olub.
Aut.az
