30 yaşlı futbolçu qəflətən öldü
Çuvaşiyadan olan futbolçu və məşqçi Aleksey Lesin 30 yaşında qəflətən dünyasını dəyişib.
Aut.az xəbər verir ki, faciə Soçidə baş verib. Bu barədə Çuvaşiyanın İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təsdiq olunmayan məlumata görə, idmançı boğularaq ölüb.
“Bərpası mümkün olmayan itki… 31 yaşında respublikamızın ən görkəmli futbolçularından və məşqçilərindən biri Aleksey Lesin dünyasını dəyişdi.
Çuvaş Respublikasının Bədən Tərbiyəsi və İdman Nazirliyi Aleksey Lesinin vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Əbədi yaddaş”, – mesajda deyilir.
“Krılya Sovetov”, “Çeboksarı”, “Ximik-Avqust” kimi komandalarda çıxış etmiş Lesinlə vida mərasimi noyabrın 12-də keçiriləcək.
Aut.az
