Dünya futbolu

Fatih Terimin komandasında ara qarışdı

Türkiyəli məşqçi Fatih Terimin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunda qalmaqal yaşanır..

Aut.az xəbər verir ki, 3 aydır maaş almayan futbolçular klub rəhbərliyinə etiraz olaraq məşqə çıxmaqdan imtina ediblər. Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, narazı olan tək futbolçular deyil. Klub prezidenti Məhəmməd Əlmünayemin uğursuz idarəçiliyi bəzi klub rəsmiləri vəzifələrindən istefa verməsi ilə nəticələnib.

Qeyd edək ki, “Əl-Şəbab” hazırda ölkə çempionatında 39 xalla turnir cədvəlinin 6-cıdır. Fatih Terim ötən ilin dekabr ayından baş məşqçi təyin edilib.

Aut.az